30 Nobel mükafatçısından dünyaya çağırış – Sənəd imzaladılar

Ötən gün Vatikanda Müqəddəs Pyotr meydanında “Tək deyil” adlı ümumdünya toplantısı keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə 30 Nobel mükafatçısı dünyanı sülh və həmrəyliyə çağıran bəyannamə imzalayıb.

Onlar nüvə silahı və minaların olmaması naminə sənədə qol çəkiblər.

Sənədi həmçinin Polşanın keçmiş prezidenti Lex Valesa, Kolumbiya və Kosta-Rikanın keçmiş prezidentləri Xuan Manuel Santos və Oskar Arias Sançes də imzalayıb.