Nazarbayev köməkçisinin corabını niyə geyinmişdi? – Maraqlı fakt

Qazaxıstanlı jurnalist Gövhər Kərimova sabiq prezident Nursultan Nazarbayevlə bağlı maraqlı xatirəsini  bölüşüb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, o, 1996-2001-ci illərdə Prezident Admnistrasiyasında rəsmi xəbər müxbiri kimi akkreditasiyadan keçdiyinə görə, bütün səfərlərdə dövlət başçısını müşaiyət edib. Həmin səfərlər zamanı maraqlı hadisələr də yaşanıb.

“Bir dəfə biz prezidentin təyyarəsi ilə xaricə uçmuşduq. Səfərlər dövlət büdcəsindən maliyyələşdirildiyi üçün  hər addım və zaman öncədən ölçülüb biçilirdi. Təyyarədən düşən kimi iş saatımız başlayır,  iş görüşləri bitən kimi dərhal oteldə toplanıb hava limanına gəlirdik. Çamadanlar və digər yüklər nümayəndə heyətindən öncə hava limanına göndərilirdi. Səfərin son günü oteldə işimiz başa çatdı, yükümüz bizdən öncə hava limanına yola salındı. Prezidentin geyinib son görüşə çıxması üçün bütün geyimləri hazırlanarkən onun birinci köməkçisi İmamqali Tasmahammedov  birdən görür ki, lider  üçün corab qoyulmayıb. O dərhal səhər geyindiyi corabı çıxarır, öz otağında təcili ütüləyib Nazarbayevə təqdim edir. Özü isə ayaqqabılarını corabsız geyinməli olur. Dövlət başısının görüşləri başa çatır, köməkçi onu corabsız müşaiyət edir. Yalnız təyyarəyə minərkən Nazarbayev köməkçisinin nə üçün corabsız olduğunu soruşur və o vəziyyəti izah edir. Nazarbayev onun cavabını təbəssümlə qarşılayıb”,-deyə jurnalist xanım bildirib.`