Bakı və İrəvandan sevindirici xəbərlər gəlir – Petersson

“Norveç Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır. Bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Petersson “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissələrinin delimitasiyası ilə bağlı razılığın əldə olunmasına münasibət bildirib.

Globalinfo.az