mirzoyan

“Xarici işlər naziri Ararat Mirzoyanın Türkiyənin Ermənistana qarşı heç bir tələbinin olmaması ilə bağlı fikirləri doğru deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Ararat Mirzoyan yalan danışır. Türkiyə manipulyasiya edir və Mirzoyan da bunu yaxşı başa düşür.

Türkiyə prezidenti və digər dövlət rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanın irəli sürdüyü bütün tələblərlə razılaşırlar və rəsmi Bakının şərtləri daxilində sülhə tərəfdardırlar. Ermənistan konstitusiyasının dəyişdirilməsi, dəhliz yaradılması və digər bu kimi məsələlər Türkiyənin irəli sürdüyü tələblərdir”, – deyə Danielyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: