“Nikolu tap” hərəkatı başlayacaq – Qukasyan

“Paşinyana xəbərdarlıq edirəm ki, Ermənistan dövlət sərhədinin hardan keçəcəyinə o yox, Konstitusiya qərar verir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın DOK partiyasının sədri Vardan Qukasyan deyib.

“Paşinyan hər hansı hissəni təhvil vermək və ya qoşunları çıxarmaq üçün bir sənəd imzalamaq niyyətindədirsə, elan edirəm ki, qoşunların çıxarılması anı başlayan kimi mən Vardan Qukasyan “Nikolu tap” adı altında erməni milli hərəkatına başlayacağam. Xalqa müraciət edəcəyəm ki, filan gün, filan saatda küçələrə çıxsınlar. Hərəkata məndən başqa heç kim rəhbərlik etməyəcək. Hər kəs mənim göstərişlərimi telefonlarında dinləyəcək”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az