
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, dövlət başçısı fevralın 17-də səhər saat 4-də müdafiə naziri Sergey Şoyqunun və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ilk məruzələrini dinləyib.
Peskov qeyd edib ki, prezident səhər saat 11-də növbəti hesabatı tələb edib və nahardan sonra üçüncü məruzəni dinləyib.
“Həmin anda Ukrayna əsgərlərinin Avdeyevkadan kütləvi şəkildə qaçması və döyüş mövqelərini tərk etməsi artıq başlamışdı. Döyüşçülərimizin şəhəri təmizləməyə başlaması bir neçə saat çəkdi”, – deyə mətbuat katibi izah edib.
Günortadan sonra Peskov bildirib ki, hərbi rəhbərlər prezidentə “əməliyyat tamamilə başa çatıb və qoşunlarımız şəhərə tam nəzarəti ələ keçirib” deyə məlumat veriblər.
Safura Bənnayeva
Globalinfo.az