Səhv etdik, ağır itkilərimiz olacaq – Ayvazyan

“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiyanın Qarabağda sülhməramlılarının olması məsələsini yalnız Azərbaycanla müzakirə edəcəyini açıqlayıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan deyib.

O deyib ki, Ermənistanın Qarabağ məsələsi ilə bağlı prosesdə iştirak hüququ 10 noyabr 2020-ci il tarixli bəyanatla təmin edilib.

“Lakin Ermənistanın qərbyönlü hakimiyyəti və müxalifəti bunu qoruyub saxlaya bilmədi. Xarici siyasət vektorumuzu Rusiyaya çevirməsək, qərb vektoru ilə hələ çox itkilər verəcəyik”, – H.Ayvazyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az