235 min manatı mənimsəyən baş həkimdən xəbər var – Cinayət ortağı da…

Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin sabiq baş həkimi, müxtəlif cinayətlərdə təqsirli bilinərək 9 il 6 ay həbs cəzası alan həkim-hematoloqla əlbir olan şəxsin də məhkəməsi başa çatıb.

Globalinfo.az bildirir ki, Könül Abbasova ilə birgə dələduzluq edərək Rəfiqə adlı qadını aldadıb, onun 235 min manat pulunu ələ keçirən Samir Səfərzadənin məhkəməsi ayrıca icraata götürülərək araşdırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 40 yaşlı Samir 7 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı Samirin daha bir fırıldağının üstü açılıb. S.Səfərzadə bir vətəndaşı aldadaraq onun Tovuzda hərbi xidmətdə olan oğlunu Bakıya köçürəcəyi adı ilə 10 min manat pulunu mənimsəyib. 

Könül Abbasova

Qeyd edək ki, Könül Abbasova Şirvanda baş həkim vəzifəsində çalışarkən korrupsiya əməllərinə yol verib və barəsində cinayət işi açılıb. O, daha sonra Samirlə əlbir olaraq Rəfiqə adlı qadındna onun oğlunu DİN-nə təhqiqatçı vəzifəsinə düzəltmək adı ilə 100 min, kürəkəənini Nizami və ya Xətai rayon telefon qovşağına rəis vəzifəsinə düzəlmək adı ilə əlavə 100 min, ərinin məhkumluğunun DİN-in bazasndan sinlinməsinə görə məndən 30.000 manat alıb. Daha sönra Samir barəsindəki iş Könülün cinayət işindən ayrılıb.

Malik

Globalinfo.az