23 yaşlı sürücü 58 yaşlı qadını vurub öldürdü

Şəmkirdə ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, dünən saat 21 radələrində rayonun Düyərli kənd sakini, 2000-ci il təvəllüdlü Qarayev Nurlan Qabil oğlu “Hyundai” markalı avtomobillə Şiştəpə kəndinin çıxışında yolu keçən piyada 1965-ci il təvəllüdlü Hüseynova Gülçöhrə İsa qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanaraq istintaq aparılır.

Malik
Globalinfo.az