2026-cı ilədək Qarabağa köçürüləcək insanların sayı açıqlandı

İlkin mərhələdə Qarabağın azad edilmiş ərazilərinə köçürüləcək insanların sayı açıqlanıb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.

Araz İmanov qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə – Qarabağa təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.