2025-ci ilədək azad olunmuş ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

 

“Azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfəri gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Emin Hüseynov bildirib ki, bölgədə turizmin müxtəlif növlərinin inkişafı təmin ediləcək: “Qarabağın inkişafı və bərpası, o cümlədən bölgənin turizm potensialının düzgün reallaşdırılması bundan sonra hər birimizin qarşısında şərəfli və məsuliyyətli missiya olaraq qalır. Qeyd olunan işlərin icrasında nəinki dövlət qurumları, o cümlədən hər bir vətəndaşımız, xaricdə yaşayan azərbaycanlılar səfərbər olmalıdır”.