Araik Arutyunyan Bakıdan ailəsinə zəng etdi

Qarabağda törədilən cinayət əməllərinə görə saxlanılaraq Bakıya gətirilən qondarma rejimin “general-mayoru” Davit Manukyan iki gün öncə ailəsi ilə əlaqə saxlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun qardaşı, Ermənistan parlamentinin deputatı Geqam Manukyan danışıb.

Həmçinin qondarma rejimin keçmiş “prezidentləri” Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan da ailələri ilə əlaqə saxlayıblar. Onlarla birlikdə həbs edilərək Bakıya gətirilən separatçı “müdafiə naziri” Levon Mnatsakanyanın da yaxınları ilə telefonda danışdığı deyilir.

Qeyd edək ki, bundan öncə Qarabağda terrorçuları maliyyələşdirməkdə ittiham edilən Ruben Vardanyanın arvadı ilə əlaqə saxladığı açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az