f9e86d84 c1f9 3d5f a330 1ecfd87b05c3 850

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris yeddi ştatdan dördündə Respublikaçı rəqibi Donald Trampı qabaqlayır.

Globalinfo.az bildirir ki, “Washington Post” qəzetinin təhlil etdiyi səsvermə məlumatlarında belə deyilir.

Nəşrin məlumatları milli və ştat səviyyəsində müxtəlif sorğuların nəticələrinə əsaslanır.

Bildirilir ki, statistik səhv 3,5 faiz bəndi təşkil edir.

“Harris seçkinin nəticəsini müəyyən edəcək yeddi ştatdan dördündə liderlik edir”, – deyə nəşr yazıb.

Qeyd edildiyi kimi, Harris Nevada, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında Trampı qabaqlayır. Eyni zamanda Tramp hələ də Arizona, Corciya və Şimali Karolinada liderlik edir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: