“Paşa Holdinq” MMC-yə Korporativ maliyyə üzrə direktor təyin edilib.
Globalinfo.az Plat.az-a istinadən bildirir ki, bu vəzifə Ənvər Həmzəyə həvalə olunub.
Qeyd edək ki, Ə.Həmzə azərbaycanlıdır, lakin 17 il Böyük Britaniyada yaşayıb. Bu illər ərzində o, Böyük Britaniyanın paytaxtı Londonda “Deloitte”, “FTI Consulting”, “EY-Parthenon” kimi şirkətlərdə işləyib.
Ə.Həmzə 2015-2020-ci illərdə “Deloitte” şirkətində mütəxəssis, baş mütəxəssis, menecer köməkçisi kimi vəzifələrdə çalışıb. 2020-2021-ci illərdə “FTI Consulting” şirkətində baş məsləhətçi olub. 2021-2026-cı illərdə isə, “EY-Parthenon” şirkətində baş mütəxəssis, menecer, direktor müavini vəzifələrində olub.