“Rəsul Quliyev neçə illərdir Amerikadadır. Yaşını da bilirsiniz. Ən yaxınları – biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr”.
Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, bunu ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.
O, qayıdış mövzusunda müzakirələrin aparılmadığını bildirib:
“Hər halda aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr – Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik”.