Putinin İrəvana səfərində hansı sənəd razılaşdırılıb?

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə missiyasının öz ərazisində yerləşdirilməsini istəyirdi və buna razılaşmışdı”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Tsarqrad TV”-yə müsahibəsində deyib.

O bildirib ki, İrəvanda keçirilən sammitdə bununla bağlı sənəd imzalanacaqdı:

“Biz eynilə 2022-ci ilin yanvarında KTMT üzvü olan Qazaxıstanda olduğu kimi Ermənistana da kömək etməyə hazır idik. 2022-ci ilin payızında təşkilatın İrəvanda keçirilən sammitində missiya qrupunun göndərilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq hətta xarici işlər nazirləri səviyyəsində sənəd də hazırlanmışdı. Amma son anda ermənilər sənədin təxirə salınmasını xahiş etdilər. Beləliklə, bu, sadəcə kağız üzərində qaldı. Amma Ermənistan qərarını dəyişərək yenidən belə bir tələb irəli sürsə, biz lazımi addımları atacağıq. Əminəm ki, Ermənistan bundan faydalanacaq və vəziyyət sabitləşəcək”.

Ayşən Mustafa
Globalinfo.az