108 illik qəhrəmanlıq hekayəsi – Çanaqqalada şəhidlərimizə abidə ucaldıldı

Çanaqqala Savaşları Gelibolu Tarixi Qoruğunda Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, abidənin açılış mərasimi Çanaqqala şəhidlərinin anım günü, savaşın 108-ci ildönümünə dair tədbirlər çərçivəsində baş tutub.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Səfirlik əməkdaşları, “SOCAR Türkiye” rəsmiləri, ictimaiyyət və media nümayəndələri də iştirak edib.

Qeyd edək ki, insanların ziyarəti üçün artıq açıq olan abidə tam olaraq Azərbaycan milli ornamentlərinə uyğun, türk şəhidliyi üslubunda Azərbaycan memarları tərəfindən hazırlanıb.