Ərdoğan Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükünü razılaşdırdı

Putinlə Ukrayna taxılının ehtiyacı olan ölkələrə pulsuz göndərilməsi ilə bağlı razılaşdıq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Putinlə həmfikirik, taxıldan ilk növbədə Afrika ölkələri istifadə etməlidir”, – o qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya liderlərinin telefon danışığı olub. Tərəflər taxıl dəhlizini müzakirə ediblər.