Ərdoğan: “Putinlə bu məsələni müzakirə edəcəyəm”

“G20 sammitindən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayacağam”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları barədə mətbuat konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı “Taxıl sazişi”nin uzadılması məsələsi müzakirə olunacaq. Bununla yanaşı, Rusiya istehsalı olan gübrə və ammiakın daşınması məsələsi də müzakirə ediləcək.