Bakı İrəvandan bunu tələb etməyib – Marukyan

“Fikrimcə, Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb etməyib. Əks halda bu, Ermənistana ötürülən beş prinsipdə öz əksini tapardı”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan çıxış edib.

O bildirib ki, hazırkı reallıqlarda yeni konstitusiya əslində sülh müqaviləsinin imzalanması prosesinə son qoyacaq.

“Ermənistanın Baş nazirinə danışıqlar prosesini yenidən nəzərdən keçirməyi təklif etmişdim. Mən yeni plan və daha sərt yanaşmalar axtarışında idim”, – Marukyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az