Ərdoğan Makronla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə videokonfrans vasitəsi ilə danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Fransa Prezidenti Makron görüşdə Türkiyədə baş verən zəlzələlərlə bağlı başsağlığı verib.

Prezident Ərdoğan fəlakətlə bağlı göstərdiyi dəstək və həmrəyliyə görə Fransaya təşəkkür edib.

Danışıq zamanı Türkiyə-Fransa münasibətləri ilə bağlı məsələlər də müzakirə olunub.