Ərdoğan: “İsraili müharibə cinayətkarı elan edəcəyik”

“İsraili müharibə cinayətkarı elan edəcəyik, bunun üçün hazırlıq görürük”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Böyük Fələstin Mitinqində deyib.

“İsrail, sən bir işğalçısan, bir qruplaşmasan. Qərb sənə borcludur, amma Türkiyənin borcu yoxdur. İndi biz səni müharibə cinayətkarı elan edəcəyik, bunun üçün çalışır, hazırlıq görürük”, – Ərdoğan bildirib.

Əliyar Xəlil
Globalinfo.az