Ərdoğan Akşənərlə məhkəməni udub bunu etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif İYİ Partiyanın sədri Maral Akşənər arasındakı məhkəmə prosesi başa çatıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Ərdoğan məhkəməni udub.

Proses nəticəsində Maral Akşənərin Ərdoğana 40 min lirə mənəvi təzminat olmaqla ümumilikdə 55 min lirə ödəməsi barədə qərar çıxarılıb.

Türkiyə prezidentinin bu vəsaiti Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfinə köçürəcəyi bildirilib.

Qeyd edək ki, Ərdoğan Akşənəri 2019-cu ildə barəsində səsləndirdiyi fikirlərə görə məhkəməyə vermişdi.