Əfsanəvi Kapello Azərbaycana gəlir – VİDEO

İtaliyanın əfsanəvi məşqçisi Fabio Kapello Bakıya gələcək.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Fabio Kapello sosial şəbəkədə paylaşım edib.

Onun noyabrın 21-də paytaxtımızda olacağı gözlənilir.

Kapello burada bir sıra görüşlər keçirəcək və seminar təşkil edəcək.

O, noyabrın 23-də məşqçilər üçün keçiriləcək təlimdə iştirak edəcək.

Qeyd edək ki, Kapello futbolçu karyerasına 1964-cü ildə SPAL klubunda başlayıb. Bundan sonra o, “Roma”, “Yuventus” və “Milan”ın şərəfini qoruyub. Klub karyerası müddətində 341 oyuna çıxıb, 45 dəfə rəqib qapısına yol tapıb. İtaliya yığmasının formasında isə 32 oyuna çıxan Kapello 8 dəfə fərqlənib.

Baş məşqçi kimi F.Kapello “Milan”, “Real Madrid”, “Roma” və “Yuventus” kimi nəhəng klublarda çalışıb. O, həmçinin İngiltərə və Rusiya yığmalarının baş məşqçisi olub.