kubb

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bu il Avropa Liqası kubokunu qazanan avstraliyalı mütəxəssis 2023-cü ildən London təmsilçisinə rəhbərlik edirdi.

Ange Postekoqlunun istefaya göndərilməsinin əsas səbəbi Premyer Liqada uğursuz nəticələri olub.

Paylaş: