Zirəddindən Priqojinin ölümü haqda versiya: bu filmdə göstərilibmiş – İnanılmaz…

Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı, klinik psixoloq Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümünün təsadüfi olmadığını vurğulayıb.

Onun sözlərinə görə, bir neçə ay əvvəl amerikalılar “The Expendables” (“Dayanılmaz”) filmində “Vaqner” qrupunun rəhbəri Priqojinin ölümünü təsvir ediblər:

“Amerikalıların çəkdiyi filmə diqqətlə baxsanız, görərsiniz ki, filmin qəhrəmanı raket zərbəsi nəticəsində havada partlayan təyyarədə ölür. Sonradan qurbanı barmağından tanıyırlar. Bu, Priqojin işində də baş verib.  Ekspertiza Priqojinin bir barmağının olmadığını vurğuladı. Bu da o deməkdir ki, cəsəd ilk baxışdan “Vaqner” qrupunun rəhbərinə məxsusdur”.

Zirəddin Rzayevin sözlərinə görə, onlar filmin qəhrəmanının embleminin “Vaqner” qrupunun emblemi olduğunu gizlətməyiblər:

“Amerikalılar “Dayanılmaz” filmində “Vaqner” özəl hərbi şirkətinin rəsmi emblemini açıq şəkildə göstərirlər. Filmin sonunda qəhrəmanın ölmədiyini qeyd edən ssenarist Priqojinin ölümü ilə bağlı bir daha şübhələr yaradır. Sanki film çəkilib. “Priqojinin ölümündən sonra və onun haqqında” deyə vurğulayır.

Həqiqətən, filmə baxsanız, bəzi şeylər diqqəti cəlb edir. Məsələn:

1) Təyyarəni raketlə vurmaq:

2) Təyyarədə ölən qəhrəmanın barmağından tanınması:

3) Qəhrəmanın gerbi insan kəlləsidir:

Zaira Akifqızı
Globalinfo.az