Zəngilan şəhəri, 22 kənd və bir qəsəbə işğaldan azad edilib – SİYAHI / VİDEO

 

44 günlük Vətən müharibəsi dövründə, 20 oktyabr tarixində Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan istiqamətlərində bir sıra əraziləri işğaldan azad edib.

Globalinfo.az xatırladır ki, üç il öncə Füzuli istiqamətində Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri işğaldan təmizlənib.

Cəbrayıl rayonu üzrə isə aşağıdakı kəndlərdə Ermənistanın işğalına son qoyulub: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu üzrə: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.

Oktyabrın 20-də Zəngilan şəhəri, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Xatırladaq ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində elan edib.