“Qərbin özünü Rusiya ilə münaqişə tərəfi hesab etməməsi çox qəribədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak deyib.
Podolyak Ukraynaya hərbi yardım göstərmək üçün Ramşteyn koalisiyasına daxil olan ölkələrin liderlərinin bəyanatlarını şərh edib. O bildirib ki, Ukraynaya dəstək fonunda Qərb liderlərinin Rusiya ilə birbaşa hərbi münaqişənin olmaması haqda səsləndirdikləri bəyanatlar kənardan qəribə görünür.
“Rusiyaya qarşı effektiv qabaqlayıcı tədbirlər görməmək üçün belə istəksizlik haradan qaynaqlanır? Düşünürəm ki, Qərb siyasətçilərinin açıqlamalarının heç bir aşkar səbəbi yoxdur”, – Podolyak vurğulayıb.
Xatırladaq ki, daha öncə Podolyak bildirib ki, Ukrayna İsveçrədə keçiriləcək beynəlxalq sammitdə Zelenskinin “sülh formulu”nu qəbul etməyi planlaşdırır.
Müşviq Tofiqoğlu
Globalinfo.az