“Vaşinqton Moskvadan Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etmək üçün istifadə edilə biləcək kəşfiyyat məlumatlarını İranla paylaşmamasını istəyib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ bu məsələni Rusiya qarşısında qaldırıb.
“Mən Rusiyaya bu barədə mesaj çatdırmışam”, – deyə Uitkoff vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az