upload 2024 01 11T102644Z 2105080105 RC2MF5A2ZLXA RTRMADP 3 UKRAINE CRISIS ESTONIA ZELENSKIY pic 32ratio 900x600 900x600 43791

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə Avropa ölkələrindən biri ilə yeni müdafiə sazişinin imzalanacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün teleqram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Prezident Administrasiyasının diplomatları Avropa istiqamətində aparılan danışıqların gedişi barədə məruzə təqdim ediblər:

“Aparatın diplomatları, həmçinin ölkələrdən biri ilə müdafiə sahəsində müqavilələrimiz haqqında məlumat veriblər. Biz Avropadakı tərəfdaşlarımızdan biri ilə gələn həftə üçün böyük bir elan hazırlayırıq,” – Zelenski qeyd edib.

Dövlət başçısı sazişin detalları barədə açıqlama verməsə də, sənədin Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcəyini və bunun çox xoş bir xəbər olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: