Zelenskidən “Taxıl sazişi” barədə fərqli təklif

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.

Tərəflər “Taxıl sazişi”ni Rusiyanın iştirakı olmadan uzatmağı müzakirə ediblər.

Qeyd olunub ki, V.Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibinə məktub ünvanlayıb. Burada Qara dəniz taxıl təşəbbüsünə və ya onun analoquna üçtərəfli formatda davam etmək təklifi yer alıb.

Tahir Turan
Gloablinfo.az