Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciəti zamanı deyib.
“Putin Ukraynanın hamısını istəyir və bunu son dörd ildə, yaxud da 2014-cü ildən etibarən deyil, çox-çox əvvəldən istəyir”, – o deyib.
Zelenski vurğulayıb ki, Putin Ukrayna ilə kifayətlənməyəcək.
“O, Belarus, Baltikyanı ölkələr, Moldova, Qafqaz və Qazaxıstan kimi dövlətlərə də iddialıdır. Ümumiyyətlə, rus qatillərinin çata biləcəyi dünyanın hər guşəsi onun hədəfindədir”, – Ukrayna lideri əlavə edib.
Daha əvvəl Rusiya Prezidentinin “rus əsgərinin ayağının dəydiyi hər yer Rusiyanındır” sözlərinə cavab olaraq Zelenski qeyd edib:
“Rus işğalçısının hər ayağına qarşı bir Ukrayna dronu olacaq. Ukrayna müdafiə olunacaq”.
Aysel Əliyeva
Globalinfo.az