Ukrayna Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edib.
Globalinfo.az xəbər verir, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.
Fərmana əsasən, Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Hesablama Mərkəzinə də sanksiyalar tətbiq edilib.
Belə ki, Ukrayna Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin həyat yoldaşı və oğlu, həmçinin “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkovun da olduğu 257 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Həmçinin bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb.
Ümumilikdə 14 məhdudlaşdırıcı tədbir həyata keçirilib.