344a69cf 0b92 4322 bd54

“Prezidentliyinə namizəd Donald Trampın müharibəni güzəştlər yolu ilə bitirmək niyyəti təkcə Ukraynaya yox, həm də ABŞ-ın dünyadakı mövqeyi üçün təhlükəli ola bilər”.

Globalinfo.az xəbər verir ki. bunu Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

Zelenski Putinin dayanmayacağına və müharibədə qalib gələcəyi təqdirdə yoluna davam edəcəyinə əminliyini bildirib.

“Trampla Putin arasında mümkün razılaşma Rusiya prezidentini dayandıra bilməyəcək. Başa düşmürəm, Tramp həqiqətənmi uduzmuş prezident olmaq istəyir? Axı Putin qalib gəlsə, ABŞ prezidenti zəif görünəcək. Söhbət təkcə Amerika liderinin şəxsiyyətindən deyil, həm də ABŞ-ın institusionallığından gedir. Beləliklə, Putin ABŞ-ın artıq böyük oyunçu olmadığını başa düşərək yoluna davam edəcək. Bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: