Zelenski: “Ukrayna 17 milyard dollarlıq bərpa planı üçün bir sent də almayıb”

“Ukrayna 17 milyard dollarlıq sürətli bərpa planı üçün bir sent də almayıb”.

Globalinfo.az bildirir ki, APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən konfransda onlayn formatda çıxışı zamanı deyib.

Ukrayna Prezidenti bildirib ki, Rusiya raketləri və İran istehsalı olan dronların zərbələri nəticəsində ölkənin enerji sektorunun üçdə bir hissəsi məhv olub.

“Rusiya bu qışdan sağ çıxmağımızı çətinləşdirmək üçün hər şeyi məhv edir ki, Ukrayna mümkün qədər gec özünə gəlsin, biz Ukraynanın iqtisadi potensialını Avropanın iqtisadi potensialına inteqrasiya edə bilməyək”, – Zelenski qeyd edib.