zelenski

UkraynaABŞ arasında hava hücumundan müdafiə komponentləri də daxil olmaqla, digər yardımların tədarükü ilə bağlı bütün detallar hazırlanır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

“Ukraynanın müdafiə və xarici işlər nazirlərinin xüsusilə, Amerika Birləşmiş Ştatları ilə münasibətlərə dair hesabatları var. İndi Ukrayna və ABŞ arasında hava hücumundan müdafiə komponentinin tədarükü ilə bağlı bütün detallar dəqiqləşdirilir. Bu və ya digər şəkildə biz xalqımızın müdafiəsini təmin etməliyik”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, daha öncə Pentaqon ABŞ-da ehtiyatların azalması səbəbindən Ukraynaya bəzi növ silahların, o cümlədən “Patriot” və “GMLRS” raketlərinin tədarükünü dayandırdığını açıqlayıb. Ukrayna Müdafiə Nazirliyi tədarük cədvəllərindəki dəyişikliklərlə bağlı rəsmi bildirişlər almadığını deyib və Amerika tərəfdən izahat tələb edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: