tramp zelenski

Ukrayna lideri Volodimir Zelenski Amerika nümayəndə heyətindən ABŞ-ın “sülh planı” layihəsini alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Aparatının mətbuat xidmətinin açıqlamasında bildirilib.

Bəyanatda qeyd olunur ki, Ukrayna Prezidenti Amerika tərəfindən diplomatiyanı sürətləndirə biləcək layihə alıb.

“Ukrayna Rusiya işğalının ilk saniyələrindən bəri sülh üçün səy göstərir və əsl sülhü yaxınlaşdıracaq bütün mənalı təklifləri dəstəkləyir. Bu ilin əvvəlindən bəri Ukrayna Prezident Trampın qan tökülməsinə son qoymaq üçün etdiyi bütün təklifləri dəstəkləyib. Biz sülhə nail olmaq üçün Amerika tərəfi və Avropadakı tərəfdaşlarımızla konstruktiv işləməyə hazırıq. Ukrayna Prezidenti yaxın günlərdə Prezident Trampla mövcud diplomatik imkanları və dünyanın ehtiyac duyduğu əsas məsələləri müzakirə etməyə ümid bəsləyir”, – deyə Ofis vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: