Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, paketdə “Roskosmos”, Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutu, QLONASS SC, Federal Dövlət Unitar Müəssisəsi Xüsusi Dizayn-Texnologiya Bürosu və Mülki Hava Limanları yer alıb.

 

Bununla yanaşı, siyahıda Belarusun 17 müəssisəsi var.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.

Paylaş: