Zelenski rus xalqını tənqid etdi

Ukraynadakı müharibəyə görə bütün Rusiya cəmiyyəti məsuliyyət daşıyır.

Globalinfo.az xəbər verir ki, bunu “Economist” jurnalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, məhz Rusiya vətəndaşları özlərinin seçdikləri liderə başqalarının torpağını məhv etməyə izn verib:

“Bu cəmiyyətin daxilində cinayətkarlar var, amma uzun müddət səssiz qalıb sonra isə “biz susa bilmərik” deyənlər də mövcuddur. Rusiya cəmiyyəti küçəyə çıxmaqdan qorxmamalıdır. Aqressiyaya qarşı çıxanlar uzun illər susanlardır”.

Zaira Akifqızı
Globalinfo.az