Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin həlli ilə bağlı fikirlərini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində danışıb.
Zelenski müvəqqəti atəşkəsin tərəfdarı olduğunu bildirib.
“Hesab edirəm ki, müharibədə istənilən fasilə yaxşıdır, çünki bu, insan itkisinin olmaması deməkdir”, – o qeyd edib.
Ukrayna lideri xarici qoşunların Ukraynaya yerləşdirilməsi ilə bağlı narahatlıqlarını bir daha dilə gətirib, lakin bunun baş vermə ehtimalının yüksək olduğunu bildirib.
Zelenski onların mövcudluğunun təhlükəsizliyi gücləndirəcəyini və münaqişənin daha da şiddətlənməsinin qarşısını alacağını vurğulayıb.
Tahir Turan
Globalinfo.az