“Rusiya Prezidenti Vladimir Putinlə Avropada, ABŞ-da və ya digər neytral ölkələrdə görüşməyə hazırram”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Lakin onun Rusiya və ya Belarusda görüşə bilmərəm. Biz ölkəmizi müdafiə edirik və Rusiya bizə hücum etdi, onlar təcavüzkardır. Mən təcavüzkar ölkənin paytaxtına gedə bilmərəm”, – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 28-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Putinlə danışıqlar üçün Moskvaya dəvət olunduğunu açıqladı.
O bildirmişdi ki, əgər Ukrayna lideri görüşə razılıq verərsə, Rusiya onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
Əliyar Xəlil
Globalinfo.az