Zelenski: “Putin məni azı 10 dəfə öldürməyə cəhd edib”

“Putin məni ən azı 10 dəfə öldürməyə cəhd edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiyanın genişmiqyaslı işğalı zamanı azı 10 dəfə sui-qəsd cəhdinə məruz qalıb və sağ çıxıb. Zelenski Ukrayna əsgərlərinin hər gün həyatlarını riskə atdığını da vurğulayıb.

Zelenski Putinin onu neçə dəfə öldürməyə cəhd etdiyini də açıqlayıb.

“Ən azı 10 dəfə cəhd olunduğunu deyirlər. Bu, kəşfiyyat və xüsusi xidmət orqanlarının məlumatıdır. Düzünü desəm, bu haqda heç nə düşünməmişəm. Çünki Ukraynada hər gün mülki insanlar və hərbçilər həyatlarını riskə atırlar. Mən də hər bir ukraynalı ilə eyni aqibəti yaşayıram”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az