Zelenski orduya payız çağırışını ləğv etdi

Ukrayna Prezidenti Volodimir Zelenski orduya payız çağırışını ləğv edib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo” “Strana” nəşrinə istinadən xəbər verir ki, Zelenski bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, Ukraynada oktyabr-dekabr aylarında çağırış kampaniyası həyata keçirilməyəcək.

Bununla yanaşı, hərbi qulluqçuların ehtiyata buraxılması da hələlik təxirə salınıb.