Zelenski müharibənin nə vaxt bitəcəyini açıqladı

Ukraynada müharibə Kiyev qalib gələndə bitəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, əgər Ukrayna Rusiya aqressiyasının qarşısını almasa, müharibə digər ərazilərə və hətta başqa qitələrə də keçəcək:

“Ukraynalılar realistdirlər. Onlar başa düşürlər ki, Rusiya Federasiyası ilə savaşırlar, onların ərazisində II Dünya müharibəsindən sonra ən böyük hərbi fəaliyyətlər aparılır. Savaş biz qalib gələndə və ya Rusiya bunu istəyəndə bitəcək. Bəlkə də Rusiya bu addımı özünü zəif hiss edəndə, təcrid edilib tərəfdaşının qalmadığını anlayanda atacaq”.

İlkin
Globalinfo.az