Zelenski İlham Əliyevə zəng edib təşəkkür etdi

Oktyabrın 4-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Prezident Vladimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb.