FotoJet 27 1200

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Prezidenti Donald Trampın sülh planı ilə bağlı ultimatumundan sonra Volodimir Zelenskinin siyasi rejimi üçün geri sayımın başladığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bunu özünün Teleqram kanalında yazıb.

Slutski ABŞ Prezidentinin Kiyevə nizamlanma təkliflərinə cavab üçün qısa vaxt verməsini şərh edərkən deyib ki, bu, Vaşinqtonun səbrinin tükəndiyinə işarədir.

Onun sözlərinə görə, Tramp Zelenskiyə ABŞ-ın sülh planını daha dərindən öyrənməyi tövsiyə edir və bu planın qəbul edilməsi üçün sadəcə “günlər” qalıb.

Slutski hesab edir ki, bununla Zelenski administrasiyası üçün də yeni mərhələnin başladığı görünür.

Bununla belə, o, yeni mərhələnin nə olduğunu açıqlamayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: