zelenski5

Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müharibədə qələbəsi ilə bağlı plan II Sülh Sammitində mütləq təqdim olunmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Latviya, Litva və Xorvatiya liderləri ilə birgə mətbuat konfransında deyib.

“Qələbə planı ilə bağlı ardıcıl olacağam. Əvvəlcə bunu ABŞ Prezidenti Co Baydenlə müzakirə edəcəyik. Bizim sülh, qələbə planımız əsasən ABŞ-ın, həm də digər tərəfdaşların dəstəyindən asılıdır.

Düşünürəm ki, hər kəs təzyiqin və yardımın miqyasını dərk edir. Ona görə də burada əlavə fikir söyləməyə ehtiyac yoxdur. Rusiyanı diplomatik yolla sülhə məcbur etmək məqsədilə bu plan mütləq təqdim edilməlidir. Tərəfdaşlarımız onu dəstəkləməsi çox vacibdir”, – Zelenski qeyd edib.

Paylaş: