zelenski vida

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində baş verən helikopter qəzasının qurbanları ilə vida mərasimi keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya da vida mərasiminə qatılıb.

Qeyd edək ki, qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.

Həmçinin, Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirib ki, biri uşaq olmaqla, ümumilikdə 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.

324574481 1498140827344224 8051371529018853676 n
325415813 3422264747997376 2025459895797663054 n
325891839 843181880118291 5986723217518342864 n

Paylaş: