952221 441472661

“Ukrayna Rusiya ilə müharibəni öz şərtləri ilə bitirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Bundestaqda çıxışı zamanı deyib.

O bildirib ki, ukraynalılar bu müharibəni  öz övladlarına miras qoymayacaqlar.

“Biz onu gələcək nəsillərə miras qoymayacağıq. Bu müharibəni bitirəcəyik. Biz bunu Ukraynanın və bütün Avropanın maraqları naminə başa çatdıracağıq. Ukraynanın öz şərtləri ilə savaş yekunlaşacaq. Bu, hər kəs üçün başa düşülən şərtlərdir”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: