zelenski9 2

Ukrayna Belarusa hücuma etməyi planlaşdırmır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukraynanın rəsmi şəkildə təklif etdiyi hər şeyi eşitmisiniz. Bir daha təsdiqləyə bilərəm: Belarusa hücuma hazırlaşmırıq”, – deyə Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kiyev Minskə qarşılıqlı şəkildə hücum etməmək barədə pakt imzalamağı təklif edib.

Paylaş: